AZ

Rusiyalı futbolçu üç il müddətinə həbs edilə bilər

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyalı futbolçu Fyodor Smolov üç il müddətinə həbs cəzasına məhkum edilə bilər.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, futbolçu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsi - "Sağlamlığa orta ağır dərəcədə qəsdən zərər vurma" maddəsi ilə ittiham olunur.

Fyodor Smolov mayın 28-də Moskvanın mərkəzində yerləşən "Kofemaniya" kafesində iki kişi ilə dava edib və onları yumruqlayıb. Futbolçunun həmin şəxslərin onu yüksək səslə müzakirə və təhqir etməsinə cavab olaraq belə davrandığı deyilir.

Kişilərdən birinin alt çənəsi və göz yuvasının divarı sınıb. Xəsarət alan 52 yaşlı Vladimir Kuzminovun xəsarətlərini həkimlər orta ağır kimi qiymətləndiriblər.

Smolov xəsarət alan şəxsdən üzr istəyib və bir milyon rubl (təxminən, 20 000 manat) məbləğində təzminat ödəyib.

Həmçinin bildirilir ki, futbolçu əvvəlcə zərərçəkənə beş milyon rubl ödəyəcəyini vəd etsə də, sonda cəmi bir milyon köçürüb. Bundan sonra naməlum şəxslər onunla əlaqə saxlayaraq, videonun internetə düşməməsi üçün daha çox pul tələb etməyə başlayıblar. Nəticədə futbolçu zorla pul tələb edilməsi şikayəti ilə polisə ərizə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
oxu.az

2Mənbələr