AZ

İsrail Qəzza Zolağını tamamilə məhv etməkləhədələyir

İsrail Qəzza sektorunu və Fələstin HƏMAS hərəkatını, əgər atəşkəs şərtləri və girovların azad olunması tələbləri qəbul edilməsə, tamamilə məhv edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsraəl Kac bildirib.

Kacın sözlərinə görə: “Əgər HƏMAS İsrailin müharibənin dayandırılması ilə bağlı, xüsusilə bütün girovların azad olunması və silahların təhvil verilməsi tələblərini qəbul etməsə, onlar məhv ediləcək və Qəzza da darmadağın olunacaq”.

Nazir həmçinin “Alov zirvəsi” adlı əməliyyatdan danışıb və Katarda HƏMAS rəhbərliyinin zərərsizləşdiriləcəyini vurğulayıb: “Düşmənlərin gizlənəcək yeri qalmayıb”.

8 sentyabr tarixində İsrail Baş naziri Benyamin Netanyahunun Qəzza sektorunda genişmiqyaslı yerüstü əməliyyatın başlanacağını açıqlayıb və sakinləri şəhəri tərk etməyə çağırıb. Netanyahunun sözlərinə görə, son günlərdə İsrail qüvvələri HƏMAS tərəfindən istifadə edilən 50 çoxmərtəbəli binanı dağıdıb. Baş nazir bu hərəkətləri yerüstü hərbi manevrin “prelüdiya”sı adlandırıb.

Nuriyyə NATİQQIZI

Seçilən
18
1
redaktor.az

2Mənbələr