AZ

Vüsal Şıxəliyev: Əsas məsələ daxili bazarda istehlakçıların keyfiyyətli məhsullarla təmin olunmasıdır

Bakı, 10 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan Metrologiya İnstitutunda laboratoriyaların açılışı ölkəmizdə elmi tədqiqatların aparılması üçün mühüm əhəmiyyət daşıyır. Bu gün bu tədbirdə ölkəmizin aparıcı ali təhsil ocaqlarının rəhbərləri iştirak edir. Bu da kadr potensialının inkişafı, gələcəkdə gənc mütəxəssislərin real elmi tədqiqatların nəzəri yox, praktik müstəvidə görülməsi üçün çox mühümdür.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Azərbaycan Metrologiya İnstitutu tərəfindən 7 yeni laboratoriyanın açılış mərasimində deyib.

V.Şıxəliyev qeyd edib ki, burada yeni biznes imkanları yaradılması üçün imkanlar var: “Qida, əczaçılıq sənayesində tədqiqatların aparılması üçün imkanlar genişdir. Burada əsas məsələ daxili bazarda istehlakçıların keyfiyyətli məhsullarla təmin olunması, həm də beynəlxalq bazarlara çıxış baxımından çox onəmlidir. Mən bu prosesin davamlı olmasını təqdirəlayiq hesab edirəm. Dörd ay əvvəl yeni laboratoriyaların alınması ilə bağlı müqavilələrin imzalanması mərasimində iştirak etdik. Qısa müddətdə belə bir yüksək nəticə prosesin özünün inklüzivliyini göstərir”.

 

Seçilən
4
2
azertag.az

3Mənbələr