AZ

MM bir sıra beynəlxalq saziş, memorandum və konvensiyaları ratifikasiya edəcək



Milli Məclis bir sıra beynəlxalq saziş, anlaşma memorandumu və konvensiyaları ratifikasiya edəcək.

aia.az xəbər verir ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müvafiq qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Sözügedən sənədlər "Ozon qatını dağıdan maddələr haqqında" Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiqi, "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş"in təsdiqi, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu"nun təsdiqi haqqındadır.

Komitənin iclasında həmçinin, "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında" və "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə" qanun layihələri də müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.

aia.az



Seçilən
4
7
aia.az

8Mənbələr