AZ

Pərvin Piriyevə vəzifə verildi -

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub. Federasiyanın yeni baş katibi Pərvin Piriyev təyin edilib.Pərvin Piriyev 1992-ci ildə Bakı şəhərində anadan olub. 2009–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Bakı 2015” Avropa Oyunları, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb. Sonrakı fəaliyyətində “Sabah” Futbol Klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor vəzifəsində işləyib. O, yerli və beynəlxalq idman layihələrinin təşkili sahəsində 10 ilə yaxın təcrübəyə malikdir.

Pərvin Piriyev 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Ailəlidir, bir övladı var.

Seçilən
30
8
metbuat.az

10Mənbələr