AZ

2027-ci ilədək Azərbaycanda içməli su təchizatı tam sayğaclaşdırılacaq

Bakı. Trend:

İçməli su təchizatında sayğaclaşma bu il 90%, gələn il 95,2027-ci il üzrə isə 100%-ə çatdırılması planlaşdırılır.

Bu barədə TrendBakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışıçərçivəsində məlumat əldə edib.

Məlumata görə, içməli və məişət-təsərrüfat məqsədləri üzrə suyatələbatın ödənilməsi çərçivəsində də bir sıra tədbirlər görüləcək.Belə ki, bu il müvafiq sahədə suya tələbatın ödənilməsinin 72%,2030-cu ildə 90%, 2040-cı ildə isə 100%-ə çatdırılması nəzərdətutulur.

Eyni zamanda, içməli su təchizatında su itkilərinin aradanqaldırılması məqsədilə bu il su itkilərinin 35%-dək azaldılmasınəzərdə tutulur. 2027-ci il üzrə bu göstərici 33%, 2040-cı ilədəkisə 20%-dək azaldılması planlaşdırılır.

Seçilən
3
az.trend.az

1Mənbələr