Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
3 minə yaxın vətəndaşın ölümü ilə nəticələnən 11 sentyabr terroru
Yaşadığımız yüzillik bəşər sivilizasiyasının yüksək nöqtəsi olaraq qəbul edilir və ağılın, idrakın sivil nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi əlbəttə ki, qəbuledilən deyil. Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini hələ də yaşayır. Terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəminində yaranır. Əlbəttə ki, bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər.
Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi oluruq. 2001-ci 11 sentyabr hadisələrindən artıq 24 il ötür. 24 il bundan əvvəl dünya yeni bir faciə ilə üz-üzə gəldi. Terrorun ən müdhiş formalarından biri Amerikanın Nyu-York şəhərində baş verdi. XXI əsrin başlanğıcında baş vermiş bu hadisə terrorun yeni bir mərhələyə daxil olduğunu göstərdi. 2001-ci ilin sentyabrın 11-də Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən terror aktları terorizmin iç üzünü bir daha dünyaya göstərdi. "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. Daha sonra isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi.
Mənbələrdə də qeyd olunduğu kimi, bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir. Müstəqil blokda yerləşən Bina 7 də daxil olmaqla 7 binadan ibarət kompleksə 2001-ci il sentyabrın 11-də çox ağır zərbə vuruldu. Dünyanın ən böyük ofis binası sayılan Pentaqon Amerika Birləşmiş Ştatlarının ürəyi hesab edilir. 11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü. Geriyə qalan mənzərə isə misli görülməmiş bir dəhşətdir. 11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verdi. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan ilk öncə Cənub qülləsinin partlayışına şahidlik etdi. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.
2001-ci ilin 11 sentyabr hadisələri göstərdi ki, dünyanın ən yüksək inkişaf etmiş və ən böyük hərbi gücə malik ölkəsi olan ABŞ-da dəhşətli terror törədildi. Minlərlə insan bu terrorun qurbanı oldu. Və bu terrorda yeni bir metoddan istifadə olundu, hava nəqliyyatından mülki və hərbi xarakterli ictimai-siyasi əhəmiyyət daşıyan obyektlərə zərbələr endirildi.
11 sentyabr terroruna ilk reaksiya verən dövlətlərdən biri Azərbaycan olmuşdur.
DÜNYANIN ƏN TANINMIŞ TERROR TƏŞKİLATLARI
Azərbaycan da zaman-zaman terrordan əziyyət çəkən dövlət olub. Göründüyü kimi, real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir.
Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Tarixdən bəllidir ki, 1883-cü ildə İrəvan şəhərinin 18. 766 nəfər əhalisinin 15. 992 nəfəri, 1866-cı ildə isə 27. 246 nəfərindən 23. 626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur. Böyük Ermənistan yaratmaq xülyasında olan ermənilərin həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Tarixdə heç bir dövlətçiliyi olmayan ermənilər zaman-zaman xalqımıza qarşı terror aktları törədiblər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta, hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmişdir. Təəssüf ki, hələ də nüfuzlu beynəlxalq qurumlar və qüdrətli dövlətlər erməni terror təşkilatlarının törətdikləri vandal aktlara ciddi münasibət bildirməmiş, terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirməmişlər.
Dünyanın ən tanınmış terror təşkilatları sırasında Ermənistanın ASALA terror təşkilatının da yer aldığı hamıya bəllidir. ASALA, MAQ, "Erməni İttifaqı", "Erməni Azadlıq Cəbhəsi" terror təşkilatları ilə yanaşı, "Armenakan", "Hnçak", "Daşnaksütun" partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir. XIX əsrin sonları və XX əsrdə bu və digər erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetirmiş və ya ömürlük şikəst qalmalarına səbəb olmuşlar.
Azərbaycanın tarixində belə hadisələrin sayı kifayət qədərdir. 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmasında cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib.
YUXARI DAİRƏLƏRDƏN SUİ-QƏSD SİFARİŞ
1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş edib və onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Qarabağ münaqişəsinin ilk qurbanları olublar. Bu bir daha ermənilərin terrorçu olduğunu sübut edən dəlillərdir. Belə ki. 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. Tarixi mənbələrə hər dəfə nəzər saldıqda dəhşətli faktlar insanı susdurur. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. İllər uzunu ölkəmizin demək olar ki, hər bir yerində ermənilər tərəfindən törədilən bu və ya digər faciələri, qətliamlar yaşamışıq. Vurğulamaq yerinə düşər ki, sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verib və həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılıb. Bu, erməni özbaşınalığı, erməni saxtakarlığıdır. Tarixi ədalət hər zaman bərpa olunur. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki, "Xankəndi" adı bərpa edilib.
ERMƏNİPƏRƏST QÜVVƏLƏRİN HİMAYƏÇİLƏRİNİN ƏMƏLLƏRİ
Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçimişdilər. Hələ sovet dövründə yaşadığımız illərdə 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi, Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır. 24 mart 1990-cı ildə "Noraşen-Bakı" yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür. Bu siyahını artırmaq üçün əsas dəlillər çoxdur. Hər bir terror aktında insan ölümü diqqəti çəkir.
ŞUŞANIN XƏLFƏLİ KƏNDİ - 41 SƏRNİŞİN VƏ 3 EKİPAJ ÜZVÜ
1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması terrorun acı nəticəsidir. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. 44 nəfərin həlak olunması erməni faşist ideologiyasını bir daha üzə çıxarır. Xatırladaq ki, hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.
İnsan təlafatları ilə nəticələnən və güclü psixoloji gərginliklər yaşadan terrordan Azərbaycan əziyyət çəkən dövlətlər sırasındadır.
KONVENSİYALARIN KOBUD ŞƏKİLDƏ POZULMASI
Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. 44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də. qoca da bu terrorların acı nəticəsini yaşamış oldu. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermiş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verirdi. Bütün olayları dəqiqliklə işıqlandıran KİV-lər Azərbaycanın haqlı mövqeyinə göz yuma bilmirdilər. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətlərinə etinasızlıq göstərilmədi. Vicdanla öz vəzifə borclarını yerinə yetirənlər Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşə tutmasını, nəticədə çox sayda mülki şəxsin həyatının itirməsinin şahidinə çevrildilər. Bu tarixdir: erməninin terrorçuluq əməllərinin izi və tarixi. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Lənnətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu.
1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Çox təssüf ki. sivil dünyamızda terrorçuluq əməllərinin şahidi olmuşuq. Özü də tarixi, dini, mədəniyyəti, dili olmayan ermənilər tərəfindən törədilən terrorun.
Zümrüd BAYRAMOVA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.