AZ

Qazaxıstan ilk Atom Elektrik Stansiyasına ad axtarır

BAKI, 10 sentyabr. TELEQRAF

Qazaxıstanın Atom Enerjisi Agentliyinin rəhbəri Almasadam Satkaliyev Almatı vilayətinin Cambıl rayonunda tikiləcək AES üçün ən yaxşı adın seçilməsi məqsədilə ümummilli müsabiqənin keçirilməsi üçün komissiyanın yaradılması haqqında əmr imzalayıb.

Teleqraf xəbər verir ki, müsabiqə komissiyası sentyabrın 19- dək AES üçün ən yaxşı ad üzrə müsabiqənin keçirilməsi qaydalarını təsdiqləməlidir.

Komissiyaya Atom Enerjisi Agentliyinin rəhbəri, deputatlar, jurnalistlər və blogerlər daxildir.

Xatırladaq ki, avqustun 8-də Almatı vilayətində ilk Atom Elektrik Stansiyasının (AES) tikintisinə başlanılıb. Tədbirdə gələcək stansiyanın maketi təqdim olunub. Satkəliyevin sözlərinə görə, AES-in tikintisi təxminən 7 il davam edə bilər.

Avqustun 11-də Prezident Kasım-Jomart Tokayev AES-ə ad vermək üçün müsabiqə elan etməyi təklif eləmişdi.

Seçilən
59
teleqraf.com

1Mənbələr