AZ

Komitə sədri: AŞPA-da olanlar yeni reallığı qəbul etmək istəmədi

BAKI, 10 sentyabr. TELEQRAF

"AŞPA-dan ölkəmizə qarşı elə bir addım atdılar ki, biz onlarla əməkdaşlığımızı dayandırdıq".

Teleqraf xəbər veri ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, AŞPA-ilə bağlı məsələdə Azərbaycan günahkar deyil: “O qapını biz bağlamamışıq. Məhz onların qeyri-adekvat davranışları buna səbəb oldu. Çünki onlar yeni reallığı qəbul etmək istəmədilər. Kimlər ki, bu reallığı qəbul etməyəcək bu onların siyasi karyerası üçün problemlər yaradacaq”.
Səməd Seyidov bildirib ki, AŞPA bu regionda olmaq istəyirsə, bu bölgənin bütün ölkələri ilə normal münasibətlər qurmalıdır: “Onlar bu regionda yaranmış olan yeni situasiyaya alışmalıdırlar”.

Seçilən
69
1
teleqraf.com

2Mənbələr