AZ

Azərbaycan laboratoriyaları COOMET tədqiqatlarında iştirak edəcəklər

Bakı. Trend:

Azərbaycandakı yeni laboratoriyalar COOMET- Avrasiya MetrologiyaQurumlarının Assosiasiyası çərçivəsində aparılacaq tədqiqatlardaiştirak edəcəklər.

Trend xəbər verirki, bunu COOMET prezidenti Lazizbek Saidoripov AzərbaycanMetrologiya İnstitutunun yeddi yeni laboratoriyasının açılışımərasimi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

“Bu gün biz unikal hadisəyə - Azərbaycan Metrologiyaİnstitutunun yeni laboratoriyalarının açılışına şahidlik edirik. Bulaboratoriyalar təkcə Azərbaycanda sənayenin inkişafına deyil, həmdə elm, texnologiya və iqtisadiyyata xidmət edir. AzərbaycanMetrologiya İnstitutu COOMET-də çox mühüm rol oynayır, bütünlayihələrdə iştirak edir. Dünən biz COOMET komitəsinin iclasınıkeçirdik və iştirakçı ölkələr arasında əməkdaşlıq məsələlərinimüzakirə etdik. Hazırda Azərbaycan, Türkiyə və Özbəkistan COOMETçərçivəsində yeni təşəbbüsləri irəli sürməkdədirlər”, – deyə obildirib.

Saidoripov hesab edir ki, bu, institutda aparılan işlərinbeynəlxalq tanınmasını təmin edir.

“Beləliklə, biz həm iqtisadiyyata, həm texnologiyanın inkişafınakömək edirik. Əgər institut beynəlxalq tanınma qazanırsa, o, bəziproses və prosedurların təkrarlanmasına ehtiyac olmadan beynəlxalqbazarlara çıxış əldə edir. Eyni zamanda, əməkdaşların potensialınınartırılması, kvant metrologiyası və informasiya transformasiyasıkimi yeni texnologiyaların tətbiqi istiqamətində də sıx əməkdaşlıqaparılır. Bu istiqamətdə biz bu gün biliklərin ötürülməsi, paraleltəcrübə proqramlarının keçirilməsi, yeni etalonların sınaqlarınınaparılması kimi əsas məqamları müzakirə etdik.

Bu gün təntənəli şəkildə açılışını etdiyimiz həmin yeddi yenietalon COOMET çərçivəsində tədqiqatlarda iştirak edəcək, bununla dabeynəlxalq səviyyədə ekvivalentliyi təsdiqləyəcək və inkişaf etmişinstitutlarla birgə laboratoriya araşdırmaları aparacaq.

Bu laboratoriyaların unikallığı ondadır ki, burada Azərbaycandaistehsal olunan məhsulların keyfiyyətinə və təhlükəsizliyinəbirbaşa təsir göstərən çox dəqiq ölçülmələr həyata keçirilir.Bununla da Azərbaycan Metrologiya İnstitutu yeni investisiyalarıncəlb edilməsinə töhfə verir və ölkə iqtisadiyyatının inkişafınayardım edir”, - deyə o yekunlaşdırıb.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr