AZ

Qarabağ qazisi Ukraynada vəfat etdi - FOTO

Birinci Qarabağ müharibəsi qazisi Sahib İsmayılov Ukraynanın Donetsk şəhərində vəfat edib.

Avtosfer.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, S. İsmayılov ürəktutmadan dünyasını dəyişib. Onun nəşi Azərbaycana gətirilərək doğulduğu Tovuz rayonunun Yuxarı Mülkülü kəndində dəfn edilib.

Qeyd edək ki, Sahib İsmayılov Tovuzun əfsanəvi “Bozqurd” dəstəsinin döyüşçülərindən olub və “Dılım” ləqəbi ilə tanınıb.

Seçilən
15
13
avtosfer.az

10Mənbələr