DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
"Unikal" xəbər verir ki, son oyun günündə 5 qarşılaşma təşkil olunub.
Boliviya yığması Braziliyanı, Ekvador Argentinanı, Paraqvay isə Perunu 1:0 hesabı ilə üstələyib.
Digər qarşılaşmada Kolumbiya Venesuelaya 6:3 hesabı ilə qalib gəlib, Çili - Uruqvay matçında isə qapılara qol vurulmayıb.
Beləliklə, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay yığmaları dünya çempionatının final mərhələsinə iştirak hüququ əldə edib. Boliviya millisi isə DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarında qüvvəsini sınayacaq.