AZ

Nepalda asayiş bərpa olunub | VİDEO

AzVision.az xəbər verir ki, hərbçilərə istinad edən “Khabarhub” portalnın məlumatına görə, saxlanılan şəxslər ölkənin müxtəlif şəhərlərində keçirilən küçə etirazlarından sui-istifadə edərək quldurluq, yanğın və vandalizm aktları törədiblər.

Həbslər paytaxt Katmanduda və Bhaktapur şəhərində həyata keçirilib. Ordu vətəndaşları ictimai asayişin pozulması barədə məlumat verməyə çağırıb.

“Kathmandu Post” qəzeti iğtişaşların Nepalın müasir tarixində dövlət qurumlarına qarşı ən böyük hücumlardan biri olduğuna diqqət çəkib.

“Etirazçılar əsas hökumət binalarını, o cümlədən qanunvericilik, icra və məhkəmə ofislərini ələ keçirərərk, ölkənin əsas inzibati kompleksi olan Sinqha Durbara soxulublar. Bir neçə nazirliyin, o cümlədən təhsil, elm və texnologiya, səhiyyə və vətəndaşlıq məsələləri ilə bağlı binalar, həmçinin baş nazirin ofisi yandırılıb. Yüksək vəzifəli məmurların da evlərinə od vurulub”, - qəzet yazır.

İğtişaşalar zamanı Ali Məhkəmənin binası tamamilə yanıb. Qurumun əməkdaşlarından birinin verdiyi məlumata görə, yanğın bütün məhkəmə sənədlərini və tarixi-hüquqi dəyəri olan arxivləri məhv edib.

Nepalda hökumət böhranı yaşanır | VİDEO
Yanğınlar paytaxtdakı digər mühüm binalara da, o cümlədən Səlahiyyətdən Sui-istifadə hallarının Araşdırılması üzrə Komissiyanın ofislərinə, Katmandu Rayon Administrasiyasına və bir neçə polis məntəqəsinə təsir edib. Mülki Aviasiya İdarəsinin, Avtomobil Yolları İdarəsinin, Xalq İnvestisiya Fondunun ofisləri, banklar və ticarət mərkəzləri dağıdılıb.

Dağıntılar paytaxtdan kənara da yayılıb. Polisin ilkin məlumatlarına görə, ölkənin ən azı 17 rayonunda yanğın və vandalizm aktları qeydə alınıb, yerli məclis binalarına və şəxsi əmlaka ziyan dəyib.

- Vəziyyət tədricən sabitləşir. Təhlükəsizliyi təmin etmək üçün Katmandu və digər böyük şəhərlərin küçələrində hərbi patrullar gəzir. Ordu səsgücləndiricilər vasitəsi ilə vətəndaşları etirazlarda iştirak etməməyə və asayişin qorunmasına kömək etməyə çağırır”,- “Kathmandu Post” qəzeti bildirir.

Ölkənin paytaxtından yayımlanan video-materiallarda küçələrdə sakitlik olduğu, dükanların bağlandığı və insanların işlərinə tələsdiyi görünür. Paytaxt hələ də komendant saatı altındadır və bu, ayrıca sərəncamla qaldırılacaq.

Xatırladaq ki, Nepalda iğtişaşlar sentyabrın 8-9-daKatmandu və digər şəhərləri əhatə edən hökumət əleyhinə geniş etirazlardan sonra başlayıb. Böhranın kəskinləşməsi fonunda ölkənin baş nazir Şarma Oli istefa verib.

Bəzi mənbələr prezident Ram Çandra Paudelin dəistefaya getdiyini bildirsələr də, sonradan bu xəbər təkzib edilib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
1
azvision.az

2Mənbələr