AZ

"Xızı-Abşeron" külək elektrik stansiyası nə vaxt istismara veriləcək?

"Xızı-Abşeron" külək elektrik stansiyasının bu ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Day.Az xəbər verir ki, bu barədə xəbəri Trend məlumatlı mənbədən əldə edib.

Bildirilib ki, "Xızı-Abşeron" külək elektrik stansiyası layihəsi üzrə hazırda Qobustanda 12 külək Turbini quraşdırılıb: "Həmin durbinlər test rejimində fəaliyyət göstərirlər. Yəni artıq pərlər işə salınıb.

Xızı rayonu üzrə isə 18 turbin quraşdırılıb. Onun bir hissəsi bu ilin oktyabrın sonuna yaxın müddətdə test rejimində işləməyə başlayacaq".

"Ümumilikdə, "Xızı-Abşeron" külək elektrik stansiyası bu ilin dekabrın sonunadək istifadəyə veriləcək", - deyə məlumatda vurğulanıb.

Seçilən
4
1
day.az

2Mənbələr