AZ

Badmintonçularımız Dünya çempionatına vəsiqə qazanıblar

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizin airbadminton millisi Dünya çempionatına vəsiqə qazanıb.

Bakıda keçirilən airbadminton üzrə Avropa çempionatında komanda yarışında qitənin ən güclü 2-ci komandası ünvanını qazanan milli bu il dekabrın 11-dən 14-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edib.

Qeyd edək ki, mundialda Avropanı Azərbaycanla yanaşı, son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatında üçüncü olan Bolqarıstan təmsil edəcək.

Q.ƏLİYEV
XQ

Seçilən
3
3
xalqqazeti.az

4Mənbələr