Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının seçmə mərhələsində 39 qol həddinə çatıb.
Fanat.Az xəbər verir ki, bu, Macarıstanla oyunda (3:2) baş verib.
"Opta"-nın hesablamasına görə, portuqaliyalı superulduz qvatemalalı Karlos Ruisin rekordununu təkrar edib. Futbol tarixində heç kim dünya çempionatının seçmə mərhələsində 39-dan çox qol vurmayıb.
Lionel Messinin cəmi 36 belə qolu var.
Ronaldu karyerasında ümumilikdə 943 qol vurub. O, "Qızıl top"un beşqat qalibidir.
2026-cı il dünya çempionatı Ronaldu üçün 6-cı mundial ola bilər.