AZ

Baş prokuror Sinqapurda

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib.

"Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarəedilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və bu kimi aktual məsələlər müzakirə olunur.

Səfər zamanı Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüş keçirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. 

Bundan əlavə, tədbir çərçivəsində Kamran Əliyev Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya, Lixtenşteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları, habelə Çin Xalq Respublikasının Baş prokurorunun müavini ilə ikitərəfli görüşlər keçirib. 

XQ

 

Seçilən
23
xalqqazeti.az

1Mənbələr