AZ

Zaur Mikayılov: Məqsədimiz təmiz suya çıxışı hamıya əlçatan etməkdir

Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi strateji əhəmiyyət daşıyır.

APA-Economics” xəbər verir ki, bunu Bakı Su Həftəsinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin (ADSEA) sədri Zaur Milayılov deyib.

O qeyd edib ki, son illərdə ölkəmizdə bu sahədə geniş islahatlar həyata keçirilir, milli su strategiyası hazırlanıb və uğurla icra olunur:

“Məqsədimiz həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir. Əminəm ki, bu həftə ərzində keçiriləcək panel müzakirələr, təqdimatlar və fikir mübadilələri milli su strategiyamızın hədəflərinə çatmaqda mühüm rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək”.

Seçilən
1
4
apa.az

4Mənbələr