AZ

Qızının sözləri məktəb direktorunu işdən çıxmağa məcbur etdi

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bakının Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva işindən ayrılıb. 

News24.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Könül Əliyeva vəzifədən ayrılmasını belə əsaslandırıb:  

"İşdən çıxma səbəbim ərizəmdə qeyd etdiyim kimidir: Ailə vəziyyətimlə əlaqədar, övladlarıma kifayət qədər vaxt ayıra bilmədiyim üçün işimdən ayrılıram. Ərizəmdə qeyd edə bilmədiyim ən vacib və incə nüans isə belədir: 3 yaşlı körpə qızım mənə israrla ana yox, “Könül bibi” deyə müraciət edir. Keçən ay məzuniyyətdə olanda az qala hər gün mənə: “Çox sağ ol ki, mənim yanımdasan, məni qoyub getmirsən, səni çox sevirəm” -deyirdi. Böyük övladlarımın da fərqli yaşlarda olmağı: birinin tələbə olmağı, birinin tələbə olmağa hazırlaşmağı, gənc yaşlarında dəstəyimə, varlığıma ehtiyac duymaları və mənim onlara normal vaxt ayıra bilməməyim qərarımı daha da qətiləşdirdi.  

Könül Əliyeva bildirib ki, bundan sonra fəaliyyətinə yaşadığı qəsəbədə yerləşən tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam etdirəcək. 

Qeyd edək ki, Könül Əliyeva 2023-cü ilin fevralından sözügedən məktəbin direktoru vəzifəsini icra edirdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
37
news24.az

10Mənbələr