AZ

Durov: "Telegram"ın Fransada etirazlar üçün alətə çevrilməsinə görə fəxr edirəm"

"Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov öz sosial şəbəkəsinin Fransada ölkə Prezidenti Emmanuel Makronun siyasətinə qarşı etirazlar üçün alətə çevrilməsi ilə fəxr etdiyini bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə P.Durov öz "X" hesabında yazıb.
 
"Mən fəxr edirəm ki, "Telegram" Fransada Makronun uğursuz siyasətlərinə qarşı etirazlar üçün bir vasitəyə çevrildi. Səkkiz illik laqeydlikdən sonra insanlar boş piardan və hökumət tərəfindən rüsvay edilməkdən yorulub və indi onlar cavab zərbələri endirirlər", - P.Durov yazıb.
 
Məlumat üçün əlavə edək ki, sentyabrın 10-da Fransada hökumətin iqtisadi siyasətinə qarşı etiraz aksiyaları və tətillər planlaşdırılır. Ötən gün isə Fransanın Baş naziri Fransua Bayru istefa verib.
Seçilən
21
3
moderator.az

10Mənbələr