AZ

Dərs saatı az olan müəllimlər üçün fürsət Qeydiyyat başlayır

ain.az bildirir, Modern.az portalına istinadən.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində  və Qarabağ və Şərqi Zəngəzur RTİ-nin Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərində çalışan, dərs saatı az olan müəllimlər tədris ili ərzində yaranan vakant dərs saatlarını əvəzçilik qaydasında tədris etmək üçün bu hiperlinkdə 7 sentyabr saat 23:00-dək qeydiyyatdan keçə bilərlər: 

Modern.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeydiyyatdan keçmiş müəllimlər tədris ili ərzində yaranmış vakansiyalar üzrə əvəzçilik qaydasında dərs saatı ilə təmin ediləcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
8
modern.az

9Mənbələr