AZ

Ayağını pəncərədən çıxararaq maşın sürdü - tədbir görüldü - VİDEO

Yevlax-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində avtomobili ayağını pəncərədən çıxararaq idarə edən sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

"Toyota" markalı 77-KJ-289 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nadir Süleymanov nəqliyyat vasitəsini idarə edərkən törətmiş olduğu qayda pozuntusu ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntüsü ilə əlaqədar olaraq idarəyə dəvət olunub. Sürücüylə proflaktik söhbət aparılıb və törətdiyi qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib", - deyə məlumatda bildirilir.

Seçilən
78
musavat.com

1Mənbələr