AZ

8000 dən çox Ukrayna əsgəri İspaniyada təlim keçib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Silahlı Qüvvələrinin 8 mindən çox hərbçisi artıq İspaniyada təlim keçib.

APA xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin press-relizində deyilir.

Məlumata görə, müdafiə naziri Marqarita Robles Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək, eləcə də təlim və humanitar yardım sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini açıqlayıb.

"İspaniyanın Aİ-nin hərbi dəstək missiyasının bir hissəsi kimi Ukrayna ordusunu hazırlamaq səyləri çərçivəsində artıq təlim keçmiş personalın sayı 8,000 nəfəri ötür", - nazirlik əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
apa.az

4Mənbələr