AZ

Türkiyə Prezidenti Dohaya hücumu qınayıb

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Dohada "HƏMAS" müzakirəçilərinə hücumunu beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə lideri "X" sosial şəbəkədəki hesabında yazıb.

"Bu gün İsrailin Qətərdə "HƏMAS"ın danışıqlar qrupuna hücumu bir daha nümayiş etdirib ki, İsrailin baş nazirinin (Binyamin Netanyahu) hökuməti münaqişə və qeyri-sabitliyi dərinləşdirmək niyyətindədir. Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, həm də qardaş ölkəmizin təhlükəsizliyini və əmin-amanlığını hədəfləyir. Mən bu hücumu qınayıram".

Onun sözlərinə görə, Türkiyə strateji tərəfdaşı və dostu Qətəri tam dəstəkləyir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani ilə telefonla danışıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
6
moderator.az

7Mənbələr