
9 sentyabr 2025-ci il tarixində Kupertinoda yerləşən Steve Jobs Theater-də "Apple"ın ənənəvi məhsul təqdimat tədbiri baş tutub. Şirkət yeni nəsil "iPhone 17" seriyasını, həmçinin "Apple Watch Series 11" və "AirPods Pro 3" modellərini ictimaiyyətə təqdim edib.
Tədbirdə diqqət çəkən ilk yenilik "Apple Watch Series 11" olub. Yeni model istifadəçilərə qan təzyiqini ölçmək və hipertoniya riskini vaxtında müəyyənləşdirmək imkanı verir. Şirkət bildirib ki, yalnız ilk il ərzində bu funksiya ilə 1 milyondan çox insanda gizli qan təzyiqi problemi aşkarlana bilər. Saatda həmçinin yuxunun keyfiyyətini ölçən “sleep score” funksiyası əlavə olunub. Daha güclü və cızılmaya davamlı şüşə, liquid glass əsaslı yeni ekran dizaynı, 5G dəstəyi və 24 saatlıq batareya ömrü ilə Series 11 indiyədək ən incə və rahat Apple saatı kimi təqdim edilib. Bununla yanaşı, daha əlçatan Apple Watch SE 3 və peşəkar istifadəçilərə yönəlmiş "Apple Watch Ultra 3" modelləri də tanıdılıb. Ultra versiyası daha böyük ekran, peyk əlaqəsi və 42 saata qədər batareya ömrü ilə fərqlənir. Büdcə dostu "Apple Watch SE 3"ün qiyməti 249 dollar, əsas model Series 11-in qiyməti 399 dollar, peşəkar istifadəçilərə yönəlmiş "Apple Watch Ultra 3" isə 799 dollar olaraq elan edilib. Ultra 3 modeli peyk əlaqəsi və daha böyük ekranla fərqlənir.
Digər təqdimat isə "AirPods Pro 3" olub Yeni qulaqlıqlar artıq ürək döyüntüsünü ölçə bilir, məşqlər zamanı yandırılan kaloriləri hesablayır və fitness tətbiqi üzərindən 50 müxtəlif idman növünü izləmə imkanı verir. "Apple" qulaqlığın dizaynını daha stabil hala gətirdiyini, qulaq anatomiyasına uyğun beş müxtəlif ölçüdə uclar əlavə etdiyini açıqlayıb. Ən maraqlı funksiyalardan biri isə canlı tərcümədir. "AirPods Pro 3" həm də təkmilləşdirilmiş aktiv səsboğma sistemi, daha yüksək səs keyfiyyəti və yeni audio memarlıqla təqdim olunub. Qiyməti 249 dollar olan bu model 19 sentyabrda satışa çıxarılacaq.
Tədbirin əsas ulduzu isə iPhone 17 olub. 5,6 millimetr qalınlığı ilə bu model indiyədək istehsal olunmuş ən incə "iPhone"dur. Yeni dizayn "Apple"ın 2017-ci ildən bəri ilk əsaslı dəyişiklik adlandırılır. Air modeli titandan hazırlanıb və ağ, qızılı, qara və mavi rənglərdə satışa çıxarılacaq. Şirkət bildirib ki, daha incə və yüngül olmasına baxmayaraq, cihaz “tam gün” batareya ömrünə sahibdir. Daha nazik və zərif gövdə ilə gələn "iPhone 17 Air"in ekranı böyüdülüb, lakin "Pro Max"dan kiçik olacaq. Pro modellərində isə daha güclü kamera, daha sürətli ekran yeniləmə tezliyi və daha uzun batareya ömrü diqqət çəkir. Analitiklər yeni modellərin qiymətində 5–10 faiz artım gözləyirlər. Bu, həm istehsal xərcləri, həm də ABŞ-da tətbiq edilən tariflərlə əlaqələndirilir.
Süni intellekt mövzusu da tədbirdə diqqətə çatdırıldı. Apple hələlik Siri üçün nəzərdə tutulan böyük AI yeniləməsini təxirə salsada, Tim Kuk süni intellekti “əsrin ən fundamental texnologiyalarından biri” adlandıraraq şirkətin bu sahəyə sərmayələri artırdığını vurğuladı.\\Valyuta.az