AZ

Xamenei nüvə danışıqları ilə bağlı Pezeşkiana göstəriş verdi

İranın Ali Rəhbəri Əli Xamenei Qərblə nüvə danışıqlarının bərpası məqsədilə Prezident Məsud Pezeşkiana xüsusi tapşırıq verib.

Publika.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Məlumata əsasən, Əli Xamenei M.Pezeşkiana Qətər əmirindən vasitəçi kimi çıxış etməsini istəməyi tapşırıb.

Məqsəd İranla Qərb ölkələri arasında gərginliyin azaldılması və xüsusilə "snapback" (tətik) mexanizmi əsasında beynəlxalq sanksiyaların yenidən tətbiq olunmasının qarşısının alınmasıdır.

Seçilən
27
4
publika.az

10Mənbələr