AZ

DÇ-2026: Millimiz Ukrayna ilə heç-heçə etdi

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun heç-heçə başa çatıb - 1:1.

Oyunun 51-ci dəqiqəsində Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. 72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb. pizza hut

O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.


Telegram kanalımız
Seçilən
34
10
yenisabah.az

10Mənbələr