AZ

DÇ-2026: Azərbaycan Ukrayna ilə oyunda hesabı bərabərləşdirib - YENİLƏNİB-3

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada ev sahibləri bərabərlik qolunu vurub.

72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.

51-ci dəqiqədə Georgiy Sudakov adını tabloya yazdırıb.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qapılara qol vurulmayıb.

Qarşılaşmanı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna matçına start verilib.

"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
Seçilən
11
3
sherg.az

10Mənbələr