Yasemin Ergene boşandıqdan sonra yeni evə köçür.
Aktrisa iş adamı İzzet Özilhanla boşandıqdan sonra həyatında yeni səhifə açıb.
O, artıq Özilhan soyadından imtina edərək qızlıq soyadı ilə yoluna davam edəcək.
Məlumata görə, sənətçi Beykozda yerləşən lüks villaya köçəcək. Villanın aylıq kirayə haqqı 20 min dollar (təxminən 825 min lirə) təşkil edir. Ergene övladları ilə birlikdə burada yaşayacaq və evin kirayəsini keçmiş həyat yoldaşı qarşılayacaq.
Yeni evində aktrisanın qonşuları arasında Kerem Aktürkoğlu, Cenk Tosun, Emre Altuğ, Demet Akalın, Dilan Çıtak kimi məşhurlar yer alacaq./Milli.Az/