Bakı. Trend:
Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq.
Trend xəbər verirki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 10-da 18-ci mikrorayon və YaşılDərənin bir hissəsində 89 millimetrlik ortatəzyiqli qaz xəttindəsızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 400 abonentinqaz verilişi müvəqqəti dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatı tam bərpa olunacaq.