AZ

Səudiyyə Ərəbistanı: Qətəri dəstəkləmək üçün hər şeyi edirik

BAKI, 9 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Qətəri və onun təhlükəsizliyini qorumaq üçün bütün imkanlarından istifadə edir.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib.

Xatırladaq ki, İsrail Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli liderlərini məhv etmək üçün bu gün Qətərin paytaxtı Dohaya zərbələr endirib.

Seçilən
18
teleqraf.com

1Mənbələr