BAKI, 9 sentyabr. TELEQRAF
“Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” tərəfindən 2023-cü ildə 96 daşınar əmlak və 11 ədəd daşınmaz əmlak, 2024- cü ildə isə 95 daşınar əmlak və 11 ədəd daşınmaz əmlak birbaşa müqavilə bağlanaraq icarəyə verilib.
Teleqraf Hesablama Palatasına istinadən xəbər verir ki,müqavilələrə uyğun olaraq 2023-cü ildə daşınar əmlak üzrə 620 min 481manat, daşınmaz əmlak üzrə 23 min 904 manat, 2024-cü ildə isə daşınar əmlak üzrə 814 min 47,95 manat, daşınmaz əmlak üzrə 28 min 550 manat olmaqla, ümumilikdə 1 milyon 486 min 982,95 manat Agentliyin bank hesabına icarədən pul daxil olub.
Lakin daxil olan vəsaitlərin istifadəsi zamanıPrezidentin 06.09.1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının və “İcarə haqqında” Qanunun 8-ci maddəsinin tələbləri gözlənilməyərək daşınmaz dövlət əmlakı üzrə daxil olan 52454 manat vəsaitin 50 faizi, yəni 26 min 227 manat vəsait dövlət büdcəsinə köçürülməyib.