AZ

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

10 və 11 sentyabr 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bakı Fond Birjasından Banker.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti

(gün) İSİN Hərrac

tarixi Hərraca çıxarılan məbləğ (manat) Nominal Miqdar Notun ödəniş  tarixi 28 AZ2508024703 10.09.2025 10.000.000 100.000 100 08.10.2025 84 AZ2509024702 11.09.2025 5.000.000 100.000 50 04.12.2025 168 AZ2510024709 10.09.2025 2.500.000 100.000 25 25.02.2026 252 AZ2511024708 11.09.2025 2.500.000 100.000 25 21.05.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

Seçilən
9
3
banker.az

10Mənbələr