AZ

OpenAI kino sektoruna giriş etməyə hazırlaşır

OpenAI kino sektoruna giriş etməyə hazırlaşır

OpenAI yeni bir layihə ilə süni intellekt texnologiyasını kino sektoruna gətirməyə hazırlaşır. Şirkət DALL-E video istehsal platformasından istifadə edərək tamamilə süni intellektlə hazırlanacaq animasiya filmi üzərində işləyir. “Critterz” adlanan film OpenAI-nin yaradıcı direktoru Cad Nelsonun rəhbərliyi ilə həyata keçiriləcək.

The Wall Street Journal qəzetinin xəbərinə görə, personaj dizaynı və hekayəsi üç il əvvəl formalaşdırılan layihə 2026-cı ildə Kann Film Festivalında tamaşaçılara təqdim olunmağı hədəfləyir.

Nelson və komandası personajların ilkin eskizlərini OpenAI alətlərinə yükləyərək bütün animasiyanı süni intellektin köməyi ilə hazırlayacaq.

30 milyon dollarlıq aşağı büdcə ilə filmin cəmi doqquz ay ərzində tamamlanması planlaşdırılır. Səsləndirmələrdə isə insan aktyorlar iştirak edəcək.

Film Londra mərkəzli Vertigo Films və Los-Anceles mərkəzli Native Foreign tərəfindən istehsal olunacaq. Native Foreign daha əvvəl ənənəvi video istehsalında süni intellekt texnologiyalarından istifadə etməsi ilə tanınır.

Nelson bu filmin sektorda süni intellekt istifadəsinin yolunu aça biləcəyini bildirib.

Sektorda süni intellektə dair narahatlıqlar davam edir. İki il əvvəl ABŞ-da aktyorlar ittifaqı SAG-AFTRA süni intellekt səbəbi ilə iş itkisi qorxusu ilə tətil etmiş, uzun danışıqlardan sonra peşə təminatı əldə olunmuşdu.

Bu il “The Brutalist” və “Emilia Perez” filmlərində süni intellekt elementlərindən istifadə edildiyi üçün Oskar mərasimində müzakirələr yaranmışdı. Lakin Akademiya süni intellekt istifadəsinə dair neytral mövqe tutduğunu açıqlamışdı.

OpenAI-nin hədəfi “Critterz” ilə az maliyyət və qısa müddətdə başa çatdırıla biləcək süni intellekt dəstəkli filmlərin də sektorda yer tuta biləcəyini sübut etməkdir.

Seçilən
26
afn.az

1Mənbələr