Zinəddin Zidanın arzusu gerçək olur.
O, Fransa yığmasının yeni baş məşqçisi olacaq.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Qeyd edək ki, Fransa milli komandasının hazırki baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsini tərk edəcək. Onu Z. Zidan əvəzləyəcək.
O, 2021-ci ildən bəri heç bir klub və ya komanda çalışdırmayıb. Buna baxmayaraq o, Avropanın ən yaxşı liqalarını və eləcə də Liqa 1-i yaxından izləyir, onun artıq gələcək komandası üçün fikirləri var./Offsideplus