"Vaşinqtonda imzalanmış razılaşmalar uğurlu tarixmizin yeni bir səhifəsidr və yaratdığımız reallığın beynəlxalq ictimaiyyəti tərəfindən təsdiq olunmasıdır".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasındakı çıxışında deputat Azər Badamov bildiirb.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas istiqaməti xalqımızın arzuladığı torpaqlarımızın işğaldan azad edilməsinə, qələbəyə və ədalətin bərqərar olunmasına həsr olundu:
"44 günlük Vətən müharibəsində torpaqlarımızı hərb meydanında işğaldan azad edərək düşmənə kapitulyasiya sənədinə imza atdırılması ilə qələbəyə nail olunmuşduqsa, son 5 ildə isə ədalətin sənəd üzərində təsdiq edilməsi üçün siyasi yollarla mübarizəni davam etdirdik. Dövlət başçımız müharibəni başa çatdığını elan etdiyi ilk gündə hansı şərtləri bəyan etmişdisə, son 5 ildə mövqeyimiz dəyişilmədən həmin tələblərimizin icrası ilə addım-addım sülhə yaxınlaşdıq".
A.Badamov bildirib ki, Vaşinqton görüşü çərçivəsində imzalanmış sənədlər ədalətin bərpası, tələblərimizin qəbul edilməsi və sülhün paraflaması ilə yeni bir uğur tariximizdir:
"1992-ci ildə ABŞ konqresi tərəfindən Azadlığa Dəstək Aktının 907-ci maddəsinə düzəliş edilərək Azərbaycana ədalətsizcəsinə sanksiya tətbiq olunmuşdusa, 8 avgustda Prezident İlham Əliyevin iştirakı ilə Donald Tramp 30 ildən sonra həmin tarixi ədalətsizliyi ləğv etdi. Həm də Bayden Administrasiyasının qərəzli münasibəti üzündən tarixin minimumuna enmiş Azərbaycan-ABŞ münasibətlərində yenidən əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açıldı. Təbii ki, dövlət başçımızn yaratdığı şəxsi münasibətlər ikitərəfli münasibətlərdə önəmli rol oynayır. ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə dediyi “Siz böyük lidersiniz” və “Xalqınız böyük xalqdır” sözləri heç zaman unudulmayacaq. Dünyanın ən qüdrətli dövlətinin başçısı tərəfindən səsləndirlən bu fikirlər vətəni və xalqını sevən, onun gələcəyini düşünən hər bir vətəndaşı sevindirir və qürurlandırır. Dünyanın ən güclü ölkəsinin prezidenti Donlad Trampın Cənubi Qafqazın lider ölkəsinin rəhbəri barəsində səsləndirdiyi dəyərli fikirlər cənab İlham Əliyevin dünyaşöhrətli siyasətçi, vədinə sadiq lider, etibarlı tərəfdaş, sözü imzası qədər keçərli Prezident olduğunu bir daha təsdiqlədi".
Deputat qeyd edib ki, Vaşinqton görüşündə Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciətin göndərilməsi və Zəngəzur dəhlizinin açılmasının təsdiqi bizi sülhə daha da yaxınlaşdırdı. Onun sözlərinə görə, Tramp yolu adı altında Zəngəzur dəhlizinin açılması regionumuza davamlı sülh və əməkdaşlığın gəlişini dönməz edir:
"Zəngəzur dəhlizi əməkdaşlıq marşurtu olacaqdır. Bu yol Asiyanı Avropa ilə birləşdirməklə yanaşı hətta Ermənistanı da tranzit ölkəyə çevirəcək. Düzdür, regionumuza sülhün gəlməsini istəməyən dairələr öz çirkin niyyətlərini davam etdirməyə çalışırlar. Amma heç kim Vaşinqton razılaşmaların icra olunmasına qarşı dura bilməz. Çünki bu razılaşmalar dövlət başçımızın qeyd etdiyi kimi dünyanın ən güclü ölkəsində, bir nömrəli ofisdə və qüdrətli prezident Donald Trampın iştirakı ilə razılaşdırılmışdır. Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib. Vaşinqtonda əldə olunmuş razılaşmalar həqiqətən Prezident İlham Əliyevin diplomatiyasının və müdrik liderliyinin təntənəsidir. Dövlət başçımızın rəhbərliyi altında xalqımız sülh və firavanlıq içində yaşayacaq, Cənubi Qafqaz isə münaqişələri arxada qoyan əməkdaşlıq regionuna çevriləcəkdir".