AZ

Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəməri partladılıb

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiyanın Saratov vilayətinin Krasnoarmeysk rayonunda sentyabrın 8-də yerli vaxtla təxminən gecə saat 1-də magistral neft kəmərində güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, partlayış nəticəsində Rusiya ordusunu neft məhsulları ilə təmin edən "Kuybyşev-Lisiçansk" magistral neft kəməri sıradan çıxarılıb.

Məlumata görə, partlayışlardan sonra səhər hadisə yerində hücumun nəticələrini aradan qaldırmağa çalışan işçilərin toplaşdığı müşahidə edilib.

Mənbələrin məlumatına görə, bu, təkcə son sutka ərzində sıradan çıxarılmış Rusiyanın neft-qaz infrastrukturunun artıq üçüncü obyektidir. Daha əvvəl Rusiyanın Penza vilayətində qaz və neft kəmərlərində partlayışlar barədə məlumat verilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
2
bakivaxti.az

2Mənbələr