AZ

İntizamsız sürücülər üçün virtual söyüş FOTO VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yolda düzgün davranmayan, danışıq dilində desək “hozu” yol hərəkəti iştirakçılarına əsəbləşmək bir çox sürücü üçün normaya çevrilib. Bu davranış dolayı yolla yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır. Çin şirkəti buna çarə tapıb.

Avtosfer.az xəbər verir ki, “Xpeng” şirkəti intizamsız davranan sürücülərin avtomobillərinə belə demək mümkünsə virtual söyüş göndərən sistem hazırlayıb. “Road Rage Reliever” sistemi alın şüşəsinin altına yerləşdirilir. Sürücü bu yolla qarşıda hərəkət edən avtomobilə emocilər göndərir. Xpeng hesab edir ki, bu yolla sürücülər əsəblərini sakitləşdirirlər.

Sistemin nə qədər səmərəli olub-olmadığı müstəqil tədqiqata cəlb edilməyib.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
avtosfer.az

1Mənbələr