AZ

Zəngəzur dəhlizində tikinti işləri gələn il tamamlanacaq – RƏSMİ

“Azərbaycan ərazisində Zəngəzur dəhlizin tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur”.

7Times.az xəbər verir ki, bunu Abşeron Logistika Terminalında Çinin Cijang əyalətindən göndərilən növbəti blok qatarın qəbuluna həsr olunmuş tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.

Nazirlik rəsmisi bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində böyük uğur əldə olunub. Dəhliz Azərbaycanın nəqliyyat sisteminin mühüm halqasına çevrilərək, həm şərq–qərb, həm də şimal–cənub istiqamətlərində tranzit daşımalarının artırılmasına imkan verəcək. Azərbaycan ərazisində dəhlizin tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, paralel olaraq Türkiyədə də bu istiqamətdə layihələr icra olunur: “Qars–Dilucu xəttinin 224 km-lik hissəsinin təməli qoyulub və yaxın 4 ildə tam başa çatdırılacaq. Zəngəzur dəhlizinin istismara verilməsi ilə Orta Dəhliz üzrə illik əlavə 15 milyon ton yükdaşımaya nail olunacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, ötən il Çindən Avropa istiqamətinə 358 blok qatar yola salınıb, bu isə Azərbaycanın tranzit imkanlarının artdığını və ölkədə aparılan infrastruktur islahatlarının real nəticələr verdiyini göstərir.

Seçilən
18
27
7times.az

10Mənbələr