AZ

Nepalda etiraz aksiyalarında 1 nəfər həyatını itirdi: Baş nazir istefa verdi

Nepalın baş naziri Khadga Prasad Sharma Oli sosial media qadağası ilə başlayan və 19 nəfərin həyatına son qoyan etirazlardan sonra istefa verdiyi bildirilir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Nepalda 19 nəfərin ölümü və 500-dən çox yaralanması ilə nəticələnən sosial media qadağasına qarşı nümayişlər davam edir.

Baş Nazirlik İdarəsi baş nazir Olinin şiddətli etirazlar və hökumətə qarşı reaksiyalardan sonra istefa verdiyini açıqlayıb.

Nepalın Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Qurung, müxalifətin reaksiyalarının əksinə olaraq, Baş nazir Olinin istefa verməyəcəyini bəyan edib.

Gurung sosial media qadağasının "tezliklə" qaldırılacağını bildirib.

Daxili işlər naziri Ramesh Lekhak-ın ardınca kənd təsərrüfatı və heyvandarlıq naziri Ramnath Adhikari də istefa verdiyini açıqlayıb.

Nigar,

Sitat.info 

 

Seçilən
27
sitat.info

1Mənbələr