AZ

Fərid Şəfiyev: Zəngəzur dəhlizi rəqabət dəhlizi deyil

"Zəngəzur dəhlizi rəqabət dəhlizi deyil".

APA xəbər verir ki, bunu BMTM sədri Fərid Şəfiyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Avrasiya konnektivliyinin gücləndirilməsi” sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycan dəhlizləri qalib-məğlub məsələsi kimi görmür. Zəngəzur dəhlizi barışığa xidmət edəcək. Biz digər ənənəvi dəhlizlərlə rəqabət aparmaq istəmirik. Zəngəzur dəhlizi Avrasiyada iqtisadi əlaqərəi gücləndirəcək. Bu dəhliz digər koridorlarla rəqabətə girmir, əksinə, digər marşrutlara əlavə dəyər qatır”, - Fərid Şəfiyev bildirib.

Seçilən
36
2
apa.az

3Mənbələr