Rusiya Donetsk vilayətindəki Yarovayaya hava zərbəsi endirib.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.
Rusiya bu gün sentyabrın 9-da Donetsk vilayətinin Yarovaya kəndinə hava bombası atıb.
"Rusiya aviasiyası Donetsk vilayətinin Yarovaya kəndinə zərbə endirib. İlkin məlumata görə, ölənlərin sayı 20 nəfərdən çoxdur", - Zelenski qeyd edib.
Milli.Az