AZ

Sumqayıtın 10 il ərzində möhtəşəm dəyişimi Fotolar

Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son 10 ildə Sumqayıtda sosial rifaha xidmət edən iri layihələr həyata keçirilib

Son on ildə Sumqayıt şəhərində aparılan genişmiqyaslı abadlıq və infrastruktur layihələri şəhərin simasının yenilənməsinə və sakinlərin sosial rifahının yüksəlməsinə xidmət edib.

Tribunainfo.az xəbər verir ki, şəhərin çoxmənzilli yaşayış fondunun yenilənməsi istiqamətində mühüm işlər görülüb. 1200 binanın dam örtüyü dəyişdirilib, 935 binanın zirzəmisi təmizlənərək şəbəkələri əsaslı təmir olunub, 795 binanın və 4 yataqxananın fasadı yenilənib, 47 bina aqlay daşla üzlənib. 6500 bina girişi əsaslı şəkildə təmir olunub, 80 nümunəvi məhəllə salınıb.

Şəhərdə 580 köhnə lift müasir liftlərlə əvəz olunub, 44 lift əsaslı təmir edilib, 2019-cu ildə isə Qafqazda ilk dəfə liftlər “Onlayn” İntellektual İdarəetmə sisteminə qoşulub.

Həmçinin yol-nəqliyyat infrastrukturu sahəsində də böyük dəyişikliklər baş verib. Küçə və prospektlərdə 4,5 milyon kvadratmetr sahəyə asfalt örtüyü salınıb, 129 min kvadratmetr səkilər tametlərlə döşənib. Piyadaların təhlükəsizliyi üçün yeni şərait yaradılıb. Küçələrin işıqlandırılması məqsədilə 4409 yeni dirək, 18796 led bəzək elementləri quraşdırılıb, 15757 elektrik fənəri yenisi ilə əvəzlənib.

Eyni zamanda, 250 yeni avtobus marşrut xəttinə buraxılıb, 200 dayanacaq istifadəyə verilib.

Yaşıllaşdırma tədbirləri nəticəsində isə şəhərin yaşıllıq sahəsi iki dəfədən çox artırılaraq 619 hektardan 1163 hektara çatdırılıb. Bulvarın inşası və yeni parkların salınması ilə şəhərin ekoloji mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Məişət tullantılarının daşınması və idarə olunması istiqamətində də addımlar atılıb. Bu məqsədlə Təmizlik Departamentinə 46 xüsusi təyinatlı nəqliyyat vasitəsi və texnika verilib, 9474 müxtəlif ölçülü tullantı qutusu quraşdırılıb. Ümumilikdə 6,8 milyon kubmetr məişət tullantısı daşınıb.

Şəhərin qaz, su və enerji təchizatının gücləndirilməsi də diqqət mərkəzində olub. Son on ildə 264,7 km qaz xətti, 30 km su xətti yenilənib. Eyni zamanda, 49 güc mərkəzi və bir neçə yeni yarımstansiya istifadəyə verilib.

Bütün bu layihələr Sumqayıt şəhərinin müasir görkəmini formalaşdırmaqla yanaşı, sakinlərin rahat yaşayış şəraitinin təmin olunmasına xidmət edir.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
5
tribunainfo.az

7Mənbələr