AZ

Nepalda iğtişaşlar fonunda yeni baş nazir seçilir

Nepal Prezidenti Ram Çandra Paudel yeni baş nazirin seçilməsi prosesinə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, Nepalın Baş naziri Şarma Oli hökumət əleyhinə etirazlar fonunda istefa verib. Hazırda etirazların şiddətləndiyi, xarici işlər nazirinin evinə hücum edildiyi bildirilir.

Məlumata görə, küçələrdə polis və nümayişçilər arasında qarşıdurmalar baş verir. Rəsmi məlumatlara görə, xəsarət alanların sayı artıq 500 nəfəri keçib.

Seçilən
18
axar.az

1Mənbələr