AZ

Ermənistan-Türkiyə dialoqu müzakirə edilib

Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan İran xarici işlər nazirinin müavini Vahid Calalzadə ilə görüşüb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ruben Rubinyan və Vahid Calalzadə Ermənistan-Türkiyə danışıqlar prosesini müzakirə ediblər.

Ermənistan parlamentindəki görüşdə bölgədəki son hadisələrə də toxunulub.

Rubinyan bildirib ki, İranla münasibətlər qarşılıqlı hörmətə əsaslanır və Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.

"Cebheinfo.az" 

Seçilən
25
6
cebheinfo.az

7Mənbələr