Sentyabrın 10-da Minskdə Belarus-Macarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Belarusun paytaxtına gələcək.
"Sentyabrın 10-da Minskdə iqtisadi əməkdaşlıq üzrə Belarus-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək. İclasa Belarus Respublikasının xarici işlər naziri Maksim Rıjenkov və Macarıstanın xarici işlər naziri Peter Siyarto sədrlik edəcək", - məlumatda deyilir.