AZ

“Qarabağ”dan MARAQLI XƏBƏR

«Qarabağ» Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunundan üçünə iritutumlu təyyarə ilə yollanacaq.

Buna səbəb 19 yaşlılardan ibarət komandanın da ümumi qafiləyə daxil edilməsidir.

«Liverpul»la İngiltərədə keçiriləcək matç istisna olmaqla, 85-90 nəfərə yaxın ibarət heyətlə Avropa səfərinə çıxacaqlar.

Ağdam təmsilçisi ilk matçını sentyabrın 16-da, Liqa mərhələsində sonuncu isə 2026-cı ilin yanvarın28-də keçirəcək.

Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-ci yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanıt. 25-36-cı yeri tutanlar isə avrokuboklarda çıxışlarını başa vurur.

“Qarabağ”ın oyunlarının təqvimi aşağıdakı kimidir:

1-ci tur, 16 senyabr
“Benfika” (Portuqaliya) - “Qarabağ”

2-ci tur, 1 oktyabr

"Qarabağ” - "Kopenhagen" (Danimarka)

3-cü tur, 22 oktyabr

"Atletik” (İspaniya) - "Qarabağ"

4-cü tur, 5 noyabr

"Qarabağ" - “Çelsi” (İngiltərə)

5-ci tur, 25 noyabr

“Napoli” (İtaliya) - "Qarabağ"

6-cı tur, 10 dekabr

"Qarabağ" - "Ayaks" (Niderland)

7-ci tur, 21 yanvar

"Qarabağ" - "Ayntraxt" (Almaniya)

8-ci tur, 28 yanvar

"Liverpul" (İngiltərə) - “Qarabağ”

SPORTİNFO.AZ

Seçilən
14
1
sportinfo.az

10Mənbələr