AZ

Bakıda evdən 9500 manat oğurlamaqda şübhəli bilinən qadın tutulub

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nərimanov rayonunda yerləşən evlərin birindən oğurluq edilib.Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, zərərçəkən şəxs yaşadığı mənzildən 9500 manatın naməlum şəraitdə talanması barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı G.Xəziyeva müəyyən olunaraq saxlanılıb.Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən qazanxanaların birindən 500 manat dəyərində əlvan metal qurğuları oğurlamaqda şübhəli bilinən 29 yaşlı R.Nəsibli, 25 yaşlı İ.Əhmədov, həmyaşıdı Y.Ağayev və 20 yaşlı A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.Mehman Mehdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
38
newscenter.az

10Mənbələr