AZ

Ailədə tək pensiyaçı ölürsə, dul yoldaş necə təmin olunur?

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bəzən olur ki, ailədə bir neçə yox, bir nəfər pensiya alır. Məsələn, ata pensiya alır, ana işləmir, stajı yoxdur.

Əgər bu məqamda ata rəhmətə gedərsə, ana onun pensiyasını davam etdirə bilərmi, yoxsa ümumiyyətlə gəlirsiz qalacaq?

Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info -ya deyib:

“Ailə başçısını itirməyə görə pensiya mümkündür. Yəni atanın stajı və pensiya hüququ ananı da müəyyən dərəcədə qoruya bilər. Bu halda ana “ailə başçısını itirməyə görə pensiya”-ya müraciət edə bilər. DSMF bu pensiyanı hesablarkən mərhumun ödənişlərindən çıxış edir. Vəfat edən şəxsin mövcud pensiyasını olduğu kimi verməyəcəklər, amma xüsusi formulla hesablanmış məbləği dul yoldaşa təyin edirlər”.

Afət

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
icma.az

1Mənbələr