AZ

İsrail yenidən Suriyaya hücuma keçdi

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İsrailin Suriyanın üç fərqli əyalətinə hava hücumu təşkil etdiyi bildirilib.Turkustan.az xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, hücumda hərbi təhsil müəssisəsi hədəf alınıb.Bildirilib ki, Homsdan sonra İsrail də Latakiyanın şimalındakı kazarmalara və Palmira ətrafındakı ərazilərə hücum edib.İsrail döyüş təyyarələrinin Dəməşq üzərində uçduğu da bildirilib.Hücumlar nəticəsində dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat paylaşılmayıb.Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarını kəskin şəkildə pisləyən bəyanat yayıb.İsrailin hücumlarının Suriyanın suverenliyinin açıq şəkildə pozulması olduğu ifadə edilən bəyanatda, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMGK) İsrailin hücumlarını dayandırması tələb edilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
icma.az

2Mənbələr